Qarabağda
Bir gün mən Ağdam rayonunda fəaliyyət göstərən qəzetlərdən biri olan “Qeyrət qalası” qəzetində dərc olunan şeirlərimi oxuyarkən, orada bir şeir mənim diqqətimi çox cəlb etdi. Şeiri yaşlı və ziyalı bir şair yazmışdı. İndi mən sizi o şeirlə tanış edirəm:
Yazar: Fəxrəddin Sofulu
QARABAĞDAEy inci axtaran, ey ləl axtaran,İnci Qarabağda, ləl Qarabağda.Ətrini qoxlasan bihuş olarsan,Çiçək Qarabağda, gül Qarabağda. İgid ərənləri Rüstəm-Zal kimi,Cənnət diyar varmı bu mahal kimi,Dil açan körpədə nəfəs bal kimi,Muğamat oxuyur dil Qarabağda. Ən şirin, ən dadlı çiçək istəsən,Xoş arzu, xoş muraz, dilək istəsən,Nəğməyə bələnmiş ürək istəsən,Həyatı, məskəni sal Qarabağda. Ağdam, Ağcabədi, Tərtərlə Bərdə, Biri-birə arxadır, xeyirdə, şərdə.Şuşanın havası dərman min dərdə,Bunu yaxşı bilir el Qarabağda. Övladı vəfalı, etibarlıdır,Dağları səfalı, bəyaz qarlıdır,Torpağı xəzinə, bəhər-barlıdır,Ruzi, bərəkətdir çöl Qarabağda. Qürbətdə yaşasan, əyilər qəddin,Qalmaz torpaq üstə, irizin, rəddin,Xalqa arzu edir Sofulu Fəxrəddin,Zəfər çal, hey sevin, gül, Qarabağda!
- ZAmir Erkin
- Baxış sayı:55
- İyun 6, 2008 9:40
- qarabağ
- Poeziya
